Rusiyalı turistlər Antalya hava limanında dava saldılar - VİDEO

Rusiyalı turistlər Antalya hava limanında dava saldılar - VİDEO

Hazırda oxunan: Rusiyalı turistlər Antalya hava limanında dava saldılar - VİDEO

95406

Ötən gün Türkiyənin Antalya şəhərində hava limanında 20 rusiyalı heç bir izahat verilmədən reysdən çıxarılıb. Nəticədə Antalya-Moskva marşrutu üzrə TK3146 reysi onlarsız havaya qalxıb.

Bizim.Media "360tv.ru"ya istinadən xəbər verir ki, “Sunmar” turoperatorunun müştərilərinin niyə təyyarədən çıxarıldığı məlum deyil.

Onlar gözləmə zonasında vəziyyətin həllini gözləməyə başlayıblar. Sonra isə əsəbləri tab gətirməyən turistlər davaya başlayıblar.

Bununla bağlı paylaşılan kadrlarda təhlükəsizlik əməkdaşlarının onları ayırmağa çalışdıqları görünür. 

Turistlər daha sonra hotellərə qaytarılıblar.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO