Hörümçək torunun (red. Hörümçək ipəyi də adlanır) planetdəki ən möhkəm və davamlı materiallardan biri olduğu hüman edilir. Bununla belə, Sent-Luisdəki Vaşinqton Universitetinin ixtiraçıları “hörümçəkdən hazırlanmış” məhsuldan qat-qat möhkəm material ixtira ediblər.
Bizim.Media xəbər verir ki, yeni ixtira barədə ACS Nano nəşri yazıb.
Belə ki, alimlər süni bakteriyalardan istehsal olunan amiloid ipəkdən hibrid zülallar yaradıblar.
Aparılan araşdırmlar nəticəsində isə bu liflərin hörümçək torlarından daha davamlı və daha sərt olduğu məlum olub.
"Polimerik amiloid lifi" adlanan bu süni ipək, “McKelvey” Mühəndislik Məktəbinin “Enerji, Ətraf Mühit və Kimya Mühəndisliyi Kafedrası”nın professoru Funçjoa Çjanın laboratoriyasında genetik olaraq hazırlanmış bakteriyalardan xaric olunub.
Alimlərin fikrincə, süni lif ultra gücə malikdir, belə ki, o, adi poladdan daha möhkəm hesab edilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
07:26 / 22.09.2022
Dünyanı heyrətləndirən İXTİRA – Poladdan daha möhkəm liflər
Hazırda oxunan: Dünyanı heyrətləndirən İXTİRA – Poladdan daha möhkəm liflər
Hazırda oxunan: Dünyanı heyrətləndirən İXTİRA – Poladdan daha möhkəm liflər
95124
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.