Şəhidin kənd boyda arzusunu “Azəriqaz” gerçəkləşdirdi - VİDEO 

Şəhidin kənd boyda arzusunu “Azəriqaz” gerçəkləşdirdi - VİDEO 

Hazırda oxunan: Şəhidin kənd boyda arzusunu “Azəriqaz” gerçəkləşdirdi - VİDEO 

95121

44 günlük haqq savaşında canından keçən Zahid Zayirovun doğulduğu Yardımlı rayonu, Dəlləkli kənd sakinlərinin qəlbinə həkk olunub. Çünki məhz şəhidin ailəsinin müraciəti əsasında Zahidin həmkəndlilərinin də arzusu reallığa çevrilib. 

“Azəriqaz” İstehsalat Birliyindən Bizim.Media-ya verilən məlumata görə, 20 yaşlı şəhidin ən böyük istəkləri sırasında yer alan Dəlləkli kəndinin qazlaşdırılması SOCAR "Azəriqaz" İB tərəfindən həyata keçirilib.

Adıçəlikən kəndə 89 fərdi yaşayış yaşayış evi mövcuddur ki, bunlardan 5-ni şəhid ailələri və qazilər təşkil edir. 

Məlumata görə, Yardımlı rayonunun Dəlləkli kəndinə təbii qazın verilməsi ilə bağlı Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri sözügedən kənddə olublar.

Şəhidlərimizin şahidlərindən olan qazi İlkin Ziyadovun da fərdi yaşayış evi həmin ailələrin siyahısında yer alıb. Qazimizin yaşadığı ünvana qaz xətti çəkilib və sayğac quraşdırılıb. Qeyd edək ki, kəndin qazlaşdırılması layihəsi çərçivəsində ümumilikdə 9474 metr müxtəlif diametrli yerüstü qaz xətləri çəkilərək 16 ədəd siyirtmə və qaztənzimləyici quraşdırılıb.  
Görülən işlər nəticəsində kənd sakinlərinin hər birinin qaz təchizatı şəbəkəsinə tam əlçatanlığı təmin edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO