"Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov vəzifəsindən azad olunub.
O, açıqlamasında informasiyanı təsdiqləyərək “hələlik yeni təyinat yoxdur, hər şey günortadan sonra bilinəcək”, - deyə söyləyib.
Bizim.Media sfera.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə və media camiəsində isə sözügedən vəzifəyə Mətbuat Şurasının sədri Əflatun Amaşovun təyin ediləcəyi ilə bağlı iddialar səsləndirilir.
Belə ki, sözügedən postun məhz Əflatun Amaşov üçün boşaldıldığı bildirilir.
MÖVZU İLƏ BAĞLI:
“Xalq qəzeti”nin baş redaktoru işdən çıxarıldı
Məsələni dəqiqləşdirmək üçün Sfera.az-ın əməkdaşı Ə.Amaşovla əlaqə saxlayıb.
O, yayılan informasiyalardan xəbərsiz olduğunu deyib: “Başım çox qarışıqdır. İki gündən sonra keçiriləcək qurultaya hazırlaşırıq. Bu barədə xəbərsizəm”.
Bizim.Media