Çavuşoğlu:

Çavuşoğlu: "Gəmi limana çatdıqdan sonra Fərman İsmayılovun nəşi təhvil veriləcək"

Hazırda oxunan: Çavuşoğlu: "Gəmi limana çatdıqdan sonra Fərman İsmayılovun nəşi təhvil veriləcək"

9494

Dəniz quldurları tərəfindən qaçırılan Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmisi hazırda Qabon sahillərindədir.

Bizim.Media-nın məlumatına görə, bunu NTV telekanalına açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətiriləcək


Türkiyəli nazir bildirib ki, gəmidə azərbaycanlı mühəndis Fərman İsmayılovun nəşi var:

“Gəmi limana çatdıqdan sonra nəşin Azərbaycana göndərilməsi üçün lazımi addımlar atılacaq”.

Çavuşoğlunun sözlərinə görə,  dəniz quldurlarının girov götürdüyü 15 nəfərin azad edilməsi üçün bütün addımlar atılacaq:

“Vətəndaşlırımızı qaçıran dəniz quldurları hələ əlaqə saxlamayıb, tələblərini bildirməyiblər”.

Xatırladaq ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO