“Ermənistan proseslərə maneçilik törədir” - Ceyhun Bayramov 

“Ermənistan proseslərə maneçilik törədir” - Ceyhun Bayramov 

Hazırda oxunan: “Ermənistan proseslərə maneçilik törədir” - Ceyhun Bayramov 

94906

Sentyabrın 20-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Avstriya Respublikasının Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, Azərbaycanla Avstriya arasında münasibətlərin perspektivləri, enerji təhlükəsizliyi, son regional vəziyyət müzakirə edilib.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yarandığını qeyd edən nazir, Azərbaycanın sülh quruculuğu təşəbbüslərini irəlilətdiyi, bütün bunlara baxmayaraq, Ermənistanın proseslərə maneçilik törətdiyini qeyd edib və genişmiqyaslı təxribatları barədə ətraflı məlumat verib. Ölkəmizin bölgədə sülh və sabitliyin yaradılması istiqamətində səylərə və mövcud problemlərin siyasi müstəvidə həllində maraqlı olduğunu diqqətə çatdırıb.

Avstriyalı nazir bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu, atəşkəsin və danışıqlara qayıtmağın vacib olduğunu bildirib. Avstriya tərəfi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasının zəruri olduğunu, bu xüsusda cari ilin iyulun 18-də Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış anlaşma memorandumunun da əhəmiyyətini qeyd edib.
 

Tərəflər, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO