Müəllimlərdən pul tələb edən Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimova vəzifəsindən azad olunub.
Bizim.Media Trend.az-a istinadən xəbər verir ki, faktla bağlı araşdırma aparılaraq akt tərtib olunub və məktəbin direktoru vəzifəsindən azad olunub.
Xatırladaq ki, Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimovanın müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı.
Məktəbin direktoru müəllimlər üçün yaratdığı "Watsapp" qrupuna səs ataraq, hər müəllimdən 50 manat tələb edib. Direktor bu pulu orta məktəbin təmir olunması bəhanəsi ilə tələb edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:35 / 20.09.2022
Müəllimlərdən pul tələb edən direktor işdən çıxarıldı
Hazırda oxunan: Müəllimlərdən pul tələb edən direktor işdən çıxarıldı
Hazırda oxunan: Müəllimlərdən pul tələb edən direktor işdən çıxarıldı
94712
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.