Sahibə Qafarova Kral III Karlla görüşdü - FOTO

Sahibə Qafarova Kral III Karlla görüşdü - FOTO

Hazırda oxunan: Sahibə Qafarova Kral III Karlla görüşdü - FOTO

94690

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Kraliçası II Elizabetlə vida mərasimində iştirak etmək üçün Londonda səfərdədir.

Bizim.Media Milli Məclisdə istinadən xəbər verir ki, səfər çərçivəsində parlamentin sədri Böyük Britaniya və Şimali İrlandiyanın Kralı III Karlın adından təşkil olunan rəsmi qəbulda iştirak edib.

Sahibə Qafarova qəbuldan sonra Kral III Karlla görüşərək söhbətləşib.

Qeyd edək ki, Milli Məclisin sədri Kraliça II Elizabetlə Vestminster Abbatlığında keçirilən vida mərasiminə qatılıb.

Vida mərasimində dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları, parlament təmsilçiləri, görkəmli siyasi liderlər, ictimai xadimlər və Kral ailəsinin üzvləri iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO