“Nensi Pelosinin səfərinin iki məqsədi var: seçki kampaniyası və anti-Rusiya əhval-ruhiyyəsindən yararlanmaq istəyidir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Karen Köçəryan “Sputnik Ermənistan” mutimedia mərkəzində təşkil olunan mətbuat konfransında səsləndirib.
O, Ermənistandakı hazırkı geosiyasi vəziyyəti şahmat taxtası ilə müqayisə edib.
Onun sözlərinə görə, Ermənistan şahmat fiqurlarına istiqamət vermək hüququndan məhrumdur və ölkə rəhbərliyi daha çox “piyada” rolunu oynayır.
“Ölkə rəhbərliyi bu oyunda özünü “kral” zənn etsə də, əslində “piyada”dır. Ermənistanda vəziyyət kifayət qədər ağırdır. Məlum oldu ki, region geosiyasi oyunçuların və maraqların kəsişməsinə çevrilib və biz bu kəsişmənin mərkəzindəyik”, - deyə Karen Köçəryan bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
18:24 / 19.09.2022
Köçəryan: “Ermənistan rəhbərliyi şahmat taxtasındakı piyadadır“
Hazırda oxunan: Köçəryan: “Ermənistan rəhbərliyi şahmat taxtasındakı piyadadır“
Hazırda oxunan: Köçəryan: “Ermənistan rəhbərliyi şahmat taxtasındakı piyadadır“
94650
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.