Erməniləri dəstəkləyən daha bir ukraynalı müğənninin Bakı konserti LƏĞV EDİLDİ

Erməniləri dəstəkləyən daha bir ukraynalı müğənninin Bakı konserti LƏĞV EDİLDİ

Hazırda oxunan: Erməniləri dəstəkləyən daha bir ukraynalı müğənninin Bakı konserti LƏĞV EDİLDİ

94570

“Tina Karol” ləqəbi ilə məşhurlaşan Ukraynalı pop ulduz Tatyana Liberman Ermənistana dəstək nümayiş etdirib. 

Bizim.Media xəbər verir ki, sənətçinin bu addımı azərbaycanlı izləyicilər tərəfindən qəzəblə qarşılanıb.

Onlar sənətçinin noyabrın 15-də Bakıda keçirilməsi gözlənilən konsertin ləvğini istəyiblər.  

Təcavüzkar rejimi dəstəkləyən sənətçinin paylaşımından dərhal sonra Tinanın konsertinin biletlərinin satışını təşkil edən “İticket.az” “Instagram”da məlumat yayımlayıb. Sözügedən platforma ulduzun konsertlərinin bilet satışını dayandırıb. 
Qeyd edək ki, ötən həftə Ukraynalı müğənni Maks Barskix sosial şəbəkədə Ermənistana dəstək verdiyi üçün dekabrın 10-da “Bakı Konqres Mərkəzi”ndə nəzərdə tutulan konserti ləvğ olunmuşdu.  

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO