Mehriban Xanlarova şəhidlərimizin ailələrinə BAŞ ÇƏKDİ - FOTO

Mehriban Xanlarova şəhidlərimizin ailələrinə BAŞ ÇƏKDİ - FOTO

Hazırda oxunan: Mehriban Xanlarova şəhidlərimizin ailələrinə BAŞ ÇƏKDİ - FOTO

94520

Xəbər verdiyimiz kimi, sentyabrın 13-də Ermənistanın cəbhədə törətdiyi təxribatlar nəticəsi fonunda bir çox məşhurlarımız şəhid olan əsgərlərimizin məzarını ziyarət edib və ailələrinə baş çəkiblər. 

Bizim.Media xəbər verir ki, onlardan biri də Əməkdar artist Mehriban Xanlarova olub.  

Aktrisa şəhidlərin ailələri ilə görüşü zamanı çəkdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb. 

M.Xanlarova şəhid olan 20 yaşlı əsgər Kəlbiyev İsa Rəhim oğlu, 19 yaşlı Qasımov Rəşad Ənvər oğlu, Qənbərli Rəşad Əlizamin oğlu, Məmmədov Nahid Hüseynağa oğlu və Nəbiyev Hüseynalı Hikmət oğlunun ailələrinə başsağlığı verib. 
Xatırladaq ki, sentyabrın 13-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlar törədilib. Təxribatlar zamanı 80 hərbçimiz şəhid olub.  

Rəşad Əliyev, Bizim.Media















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO