Podolyak: “Zelenski ilə Putin arasında danışıqların və görüşün mənası yoxdur”

Podolyak: “Zelenski ilə Putin arasında danışıqların və görüşün mənası yoxdur”

Hazırda oxunan: Podolyak: “Zelenski ilə Putin arasında danışıqların və görüşün mənası yoxdur”

94479

Ukrayna Prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, bu gün nə Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqlar prosesinin, nə də Volodimir Zelenski ilə Vladimir Putinin şəxsi görüşünün heç bir mənası yoxdur.

Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, Podolyak bu fikri “Ukrainskaya pravda”ya şərhində bildirib.

Podolyak bunu belə izah edib:

“Birincisi, Rusiya Federasiyası hələ də bəzi nəticələri əldə etmək üçün kifayət qədər resurslara malik olduğuna inanır.

İkincisi, bu gün istənilən görüş yalnız ənənəvi Rusiya oyunudur: status-kvonu düzəltmək, eskalasiyanın yeni mərhələsinə başlamaq, əməliyyat fasiləsi və s.

Üçüncüsü, Rusiya irimiqyaslı cinayətlərə görə cavab verməlidir və cəzasızlıq arxasında gizlənməməlidir. Ona görə də müharibə yeganə mümkün finala çatmalıdır. Başqa yol yoxdur”.

Müşavir qeyd edib ki, bu gün gündəmdə ikitərəfli görüş yoxdur:

“Üstəlik, biz görüşlər və ya eyni banal Rusiya danışıqları “ssenarisi” naminə görüşlərdə qətiyyən maraqlı deyilik. Biz işğal olunmuş ərazilərin azad edilməsində, Rusiya Federasiyasının əhəmiyyətli taktiki məğlubiyyətlərində, məcburi genişmiqyaslı hüquqi proseslərdə maraqlıyıq. Qalan hər şey bundan qaynaqlanır”.

O vurğulayıb ki, prezidentlərin görüşü Rusiya qoşunlarının tamamilə çıxarılmasından əvvəl olarsa, söhbətin mövzusu “müharibədən sonrakı həyatın müzakirəsi” olacaq, o cümlədən təzminatların həcmi, dəymiş ziyanın ödənilməsi və cinayətkarların ekstradisiyası.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO