İqor Korotçenko Pelosiyə səsləndi: “Dəmir yumruq” iş başındadır

İqor Korotçenko Pelosiyə səsləndi: “Dəmir yumruq” iş başındadır

Hazırda oxunan: İqor Korotçenko Pelosiyə səsləndi: “Dəmir yumruq” iş başındadır

94406

Xəbər verdiyimiz kimi, ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi  Ermənistana gəlib. Rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko onun səfərinə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, ekspertin fikrincə, Pelosi Qarabağın Azərbaycan olduğunu anlamalıdır.

“Nə onun, nə də başqasının bu həqiqəti dəyişdirmək cəhdləri uğurlu olmayacaq. Ermənistanı hücuma təhrik etməyə çalışsanız, bilin ki, “Dəmir yumruq” iş başındadır. Bu sizin üçün Tayvan deyil, sizi dərhal öz yerinizə oturdacaqlar”, deyə o, sosial şəbəkədə yazıb.

“Nensi Pelosinin Ermənistana indiki qəfil səfəri təsadüfi deyil. İrəvan artıq Amerika bayrağının rənglərinə boyanıb, hətta ABŞ spikerinin kortejinin marşrutu boyunca Vladimir Putinin təsviri olan reklam lövhələri də götürülüb. Ümumiyyətlə, bizim erməni “müttəfiqlərimiz” artıq Vaşinqton qarşısında daha necə əyilməyin yollarını arıyırlar.

Problem ondadır ki, erməni isteblişmentinin Rusiyaya bütün iddiaları, yumşaq desək, cansıxıcı görünür. Ermənistan o vəziyyətdə deyil ki, kimdənsə nəsə tələb etsin. Ermənilər hər şeydə Moskvanı günahlandırmaqdansa, öz ölkələrində asayişi bərpa etməlidirlər”, deyə ekspert yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO