Bu ölkədə tufana görə 2,5 milyon nəfər təxliyə ediləcək

Bu ölkədə tufana görə 2,5 milyon nəfər təxliyə ediləcək

Hazırda oxunan: Bu ölkədə tufana görə 2,5 milyon nəfər təxliyə ediləcək

94401

Yaponiyanın cənub-qərbində yerləşən Miyazaki, Kumamoto və Kaqoşima prefekturalarının 2.5 milyon sakini “Nanamadol” tufanına görə evlərini tərk edərək təxliyə mərkəzlərinə yerləşmək barədə xəbərdarlıq alıb.

Bizim.Media Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Miyazaki və Kaqoşima prefekturalarında 58 min evə elektrik enerjisinin verilişi dayandırılıb.

Kaqoşima prefekturasında güclü küləyin yıxdığı iki kişi başından xəsarət alıb. Bir neçə binada damların çökdüyü, şüşələrin sındığı və bəzi yerlərdə ağacların yıxıldığı bildirilir.

Tufana görə 520 daxili aviareys təxirə salınıb, Kumamoto, Fukuoka və Kaqoşima şəhərləri arasında sürətli “Shinkansen” qatarlarının hərəkəti dayandırılıb. Sentyabrın 19-da da Fukuoka və Hiroşima, həmçinin Naqoya və Osaka şəhərləri arasında bu qatarların hərəkət etməyəcəyi bildirilir.

Hazırda tufanın Kyuşü adasından cənubda yerləşdiyi və onun mərkəzində küləyin sürətinin saniyədə 50 metrə çatdığı qeyd edilir. Onun şimal istiqamətində saatda 20 kilometr sürətlə hərəkət etdiyi də bildirilir. Tufanın günorta saatlarında Kyüşu adasına çatacağı gözlənilir.

Nəticədə güclü yağışlar yağdığı, dalğaların hündürlüyünün 14 metrə çatdığı qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO