Müdafiə Nazirliyi sosial şəbəkələrdə paylaşılan videogörüntülərlə bağlı açıqlama yayıb.
Bizim.Media xəbər verir ki, məlum foto və videogörüntülərin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi olmadığı bildirilib.
"Müdafiə Nazirliyi yalnız qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrası, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılması üzrə müvafiq vəzifələri yerinə yetirən dövlət qurumudur.
MÖVZU İLƏ BAĞLI:
“6 min ailədaxili məsələlərə görə xərclənilib” - Şəhid Səbuhinin qardaşı - VİDEO
Bildiririk ki, Müdafiə Nazirliyi şəhidlərimizə və onların ailə üzvlərinə daim xüsusi həssaslıqla yanaşır.
Hesab edirik ki, şəhidlərimizlə bağlı sosial şəbəkələrdə xoşagəlməz müzakirələrin aparılması müzəffər Ordumuzun nüfuzuna xələl gətirir və yolverilməzdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!", - deyə açıqlamada qeyd edilib.
Bizim.Media