Samuxda iş rejimindən narazı çoban qoyunları oğurladı - FOTO

Samuxda iş rejimindən narazı çoban qoyunları oğurladı - FOTO

Hazırda oxunan: Samuxda iş rejimindən narazı çoban qoyunları oğurladı - FOTO

94223

Samux rayonunda işlədiyi fermadan oğurluq etməkdə şübhəli bilinən çoban saxlanılıb. 

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumat verir ki, Samux Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini ona məxsus 28 baş xırda buynuzlu heyvanın naməlum şəraitdə oğurlandığını bildirib. 

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarınınkeçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şükür Hüseynov saxlanılıb. 
Dindirilmə zamanı saxlanılan şəxs fermerin iş rejimindən narazı oldğu üçün 28 baş xırda buynuzlu heyvanı oğurlayaraq Goranboy rayonuna apararaq satmasını etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media - Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO