Qırğızıstan və Tacikistan prezidentləri sərhəddəki gərginliklə bağlı razılığa gəldi

Qırğızıstan və Tacikistan prezidentləri sərhəddəki gərginliklə bağlı razılığa gəldi

Hazırda oxunan: Qırğızıstan və Tacikistan prezidentləri sərhəddəki gərginliklə bağlı razılığa gəldi

94186

Qırğız Respublikasının Prezidenti Sadır Japarov və tacikistanlı həmkarı İmomali Rahmon Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətlə bağlı təkbətək danışıqlar aparıblar.

Bizim.Media xəbər verir ki, iki ölkə liderləri atəşi dayandırmaq, qoşunların və vasitələrin təmas xəttindən çıxarılması barədə müvafiq strukturlara göstəriş verməyə razılaşıblar.

İki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin rəhbərləri hadisə yerində fəaliyyət göstərəcək, hadisənin baş vermə şəraiti və səbəblərini araşdırmaq üçün komissiya yaradılacaq. 
Qeyd olunub ki, dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Qırğızıstan və Tacikistan Hökumətlərarası Komissiyasının işinin sürətləndirilməsi haqqında da razılıq əldə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO