Qusar şəhidi torpağa tapşırıldı – FOTO  

Qusar şəhidi torpağa tapşırıldı – FOTO  

Hazırda oxunan: Qusar şəhidi torpağa tapşırıldı – FOTO  

94154

Ermənilərin sərhəddə törətdiyi son təxribatlar nəticəsində şəhid olan qusarlı hərbçi, 24 yaşlı Şair Heydərovun nəşi bu gün səhər doğulduğu Qusar rayonuna gətirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qusar Şəhidlər Xiyabanının qarşısından başlayan maşın karvanı şəhid Şairin cənazəsini rayon mərkəzindən 35 km aralıda yerləşən Mucuq kəndinəcən müşayiət edib.

Şəhidin evindəki vida mərasimindən sonra Ş.Heydərov Mucuq kənd qəbristanlığında dəfn olunub. Dəfn mərasimində çıxış edən Qusar İH başçısı Şair Alxasov Ş.Heydərovun tək Mucuq kəndinin, Qusarın deyil, bütün Azərbaycanın şəhidi olduğunu deyib.
Qeyd edib ki, erməni təxribatlarının qarşısını alarkən şəhid olan 71 hərbçimizin hər biri bizim üçün doğmadır, əzizdir:

“Bu, onların ailələri üçün ağır itkidir. Hər birimizin təsəllisi odur ki, Şair kimi igid hərbçilərimiz düşmənın fitnəsinin qarşısını alarkən canlarını fəda ediblər. 71 hərbçimizi itirdik. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm".

Millət vəkili Azər Badamov şəhidin valideynlərinə səbr və dözüm arzulayıb.

Mucuq kənd orta məktəbinin direktoru Zaur Məlikov şəhid Şair Heydərovun arzusuna çatdığını deyib: “Həmişə kəndimizdən olan Birinci Qarabağ şəhidi Aydın Ərzimanovun qisasını alacağını deyirdi, aldı da”.

Dəfn mərasimində Müdafiə Nazirliyinin Sumqayıtdan gəlmiş hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Şəhidin xatirəsinə yaylım atəşi açılıb.
Qusar İH başçısı Şair Alxasov şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağını atası Camal Heydərova təqdim edib.

Xatırladaq ki, sentyabrın 13-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribatları zamanı 71 hərbçimiz şəhid olub.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO