Dövlət büdcəsinin xərcləri 16%-dən çox artıb

Dövlət büdcəsinin xərcləri 16%-dən çox artıb

Hazırda oxunan: Dövlət büdcəsinin xərcləri 16%-dən çox artıb

94133

Məcmu tələbin bütün komponentləri iqtisadi aktivliyin yüksək qalmasına şərait yaradır.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, 2022-ci ilin 8 ayında ümumi daxili məhsul real ifadədə 5.8%, o cümlədən qeyri-neft sektoru üzrə 10.3% artıb.

Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə avqustda əvvəlki aya nəzərən biznes inam indeksi ticarətdə yüksəlmiş, qeyri-neft sənayesi və xidmət sektorlarında isə demək olar ki, sabit qalıb.
2022-ci ilin 8 ayında ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 2.8%, qeyri-neft investisiyalarının həcmi 22.5% artıb.

8 ayda dövlət büdcəsi xərclərinin 16.2% artması həm istehlak, həm də investisiya tələbinə təsir göstərmişdir. İşğaldan azad edilmiş ərazilərdə iri miqyaslı bərpa işlərinin aparılması iqtisadi artımı dəstəkləməkdə davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO