Azərbaycanın strateji valyuta ehtiyatları AÇIQLANDI  

Azərbaycanın strateji valyuta ehtiyatları AÇIQLANDI  

Hazırda oxunan: Azərbaycanın strateji valyuta ehtiyatları AÇIQLANDI  

94131

Tədiyə balansı məlumatlarına görə I yarımillikdə cari əməliyyatlar hesabında ümumi daxili məhsulun 27.6%-i səviyyəsində profisit olub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, əsas ixrac məhsullarının yüksək dünya qiymətləri, qeyri-neft ixrac potensialının reallaşması, eləcə də ölkəyə daxil olan pul baratlarının artması iri həcmli cari hesabın formalaşmasına şərait yaradır.
Qeyri-neft ixracı 7 ayda ötən ilin müvafiq dövrünə nəzərən 24.2% artıb. Cari hesabın başlıca komponenti olan xarici ticarət balansının profisiti 7 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb.

Proqnozlara görə, cari ilin yekunu ilə yanaşı, 2023-cü ildə də cari əməliyyatlar hesabı profisitli olacaq. Beynəlxalq təşkilatların proqnozlarına əsasən növbəti ildə də Azərbaycanın ixracının əsasını təşkil edən məhsulların dünya qiymətləri yüksək qalacaq.

Profisitli tədiyə balansı şəraitində 2022-ci ilin 8 ayında strateji valyuta ehtiyatları 5.1% və ya 2.7 mlrd. ABŞ dolları artaraq 55.9 mlrd. ABŞ dollarına yüksəlib.

Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında təklif tələbi üstələməkdə davam edir. Ümumilikdə, cari ilin əvvəlindən bəri keçirilən hərracların 77%-də təklif tələbi üstələyib.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun satışları üzrə əhəmiyyətli qənaət var. Cari ilin aprel ayından başlayaraq dövlət büdcəsinin birbaşa valyuta xərclərinin əsasən dövlətin valyuta gəlirləri hesabına ödənilməsi də hərraclardakı tələb-təklif nisbətinə təsir etmişdir.

Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmaqla yanvar-avqust aylarında 606.7 mln. dollar, o cümlədən aprel-avqust aylarında 473.8 mln. dollar olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO