2023-2024-cü illərdə qaz hasilatının artması neft-qaz ÜDM-nin artımını dəstəkləyərək real artım tempinin 2023-cü il üzrə 0,2 %, 2024-cü ildə 2,6 %-ə qədər artmasına səbəb olacaq.
Bizim.Media Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2026-cı ilə doğru ÜDM-nin real artım tempinin tədricən zəifləməsi neft-qaz ÜDM üzrə real artım tempinin azalan dinamikasından qaynaqlanacaq.
Proqnozlara əsasən, 2026-cı ildə azalan hasilat göstəriciləri neft-qaz ÜDM-nin 1,9 % geriləməsinə səbəb olacaq.
Neft gəlirlərinin azalması çağırışı ilə bağlı qeyd olunur ki, neft hasilatı üzrə azalmaların davam etməsi neft gəlirlərinin azalmasını şərtləndirir, lakin təbii qazın yüksək satış qiyməti və "Şahdəniz" yatağı üzrə qaz hasilatı proqnozları ortamüddətli dövrdə ölkədaxili neft hasilatının aşağı düşməsi ilə əlaqədar neft gəlirlərinin azalmasını neytrallaşdırır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
02:29 / 16.09.2022
Maliyyə Nazirliyi: "2024-cü ildə neft-qaz sahəsində ÜDM 2,6 % artacaq”
Hazırda oxunan: Maliyyə Nazirliyi: "2024-cü ildə neft-qaz sahəsində ÜDM 2,6 % artacaq”
Hazırda oxunan: Maliyyə Nazirliyi: "2024-cü ildə neft-qaz sahəsində ÜDM 2,6 % artacaq”
94081
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.