Azərbaycanda yeni dərs ili başladı

Azərbaycanda yeni dərs ili başladı

Hazırda oxunan: Azərbaycanda yeni dərs ili başladı

93918

Bu gün Azərbaycanın bütün ümumtəhsil, orta ixtisas və ali təhsil məktəblərində ilk zəng çalınıb.

Bizim.Media xəbər verir ki, bununla da ölkədə 2022-2023-cü tədris ilinə start verilib.

2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərinin birinci sinfinə gedəcək şagirdlərin sayı 158 297 nəfərdir. Doqquzuncu sinifdə 147 029, on birinci sinifdə isə 100 455 nəfər təhsil alacaq.

Ümumilikdə, yeni tədris ilində 1 616 214 şagird oxuyacaq.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə 484 731 şagird təhsil alacaq. I sinifdə 46 200, IX sinifdə 37 987, X sinifdə 26 898, XI sinifdə 25 551, XII sinifdə 168 şagirdin təhsil alacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO