"Döyüşlərin başlamasına səbəb İrəvanın Üçtərəfli Bəyanata əməl etməməsidir" - Sergey Markov

Hazırda oxunan: "Döyüşlərin başlamasına səbəb İrəvanın Üçtərəfli Bəyanata əməl etməməsidir" - Sergey Markov

93519

“Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əməl etməməsi səbəbindən yenidən başlayıb”. 

Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov dünən Ermənistan tərəfinin təxribatlarına Azərbaycan tərəfinin cavabını özünün “Telegram” kanalında şərh edərkən bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın təxribatı Daşkəsən, Kəlbəcər və Laçında toqquşmaya səbəb olub – MN 


Markov qeyd edib ki, Ermənistan hələ də öz qoşunlarını Qarabağdan tam çıxarmayıb. 

“Nəqliyyat dəhlizləri hələ də açılmayıb. Bunlardan ən mühümü Ermənistan ərazisindən keçərək Türkiyə - Naxçıvan - Zəngəzur - Azərbaycanın əsas ərazisi - Rusiya marşrutu ilə çəkilməli olan Zəngəzur dəhlizidir”, - deyə o əlavə edib. 

Politoloq sərhəddə baş verənlərin bir səbəbinin də Ermənistanın sərhədin demarkasiyası və delimitasiyasını gecikdirməsini göstərib. 

“Qarabağda ermənilərin yaşadığı hissədə Azərbaycana heç bir reinteqrasiya həyata keçirilmir. Orada heç bir kompromis əldə olunmayıb”, - deyə S.Markov vurğulayıb. 

Markov yekunda qeyd edib ki, bütün bu məsələlər həll olunmayana qədər vaxtaşırı döyüşlər davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO