İqor Koretçenko:

İqor Koretçenko: "Ermənilərin silahlı təxribatı sülh müqaviləsindən yayınmaq cəhdidir” - ÖZƏL

Hazırda oxunan: İqor Koretçenko: "Ermənilərin silahlı təxribatı sülh müqaviləsindən yayınmaq cəhdidir” - ÖZƏL

93487

"Bu təxribat Ermənistana Azərbaycanla imzalanmış sülh müqaviləsini pozmaq üçün lazımdır. Əsasən Yerevandakı revanşistlər və Beynəlxalq erməni doasporu bu işdə maraqlıdır".  

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı rusiyalı hərbi ekspert, jurnalist İqor Koretçenko səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırıb 


Ekspert bildirib ki, Ermənistanın əsas məqsədi sülhə əngəl yaratmaqdır.

"Onlar aktiv şəkildə sülhün bərqərar olunmasına qarşıdırlar. Çünki bu sülh Ermənistanın ərazi iddialarını əsassız edəcək. Bu onu göstərir ki, Qarabağ Azərbaycandır. Rusiya Federasiyasının bu məsələ ilə bağlı mövqeyinə gəldikdə isə, düşünürəm ki, Rusiya çalışır ki, regionda tezliklə sülh olsun. Bunun üçün də siyasi səylər göstəriləcək ki, gərginlik aradan qalxsın. Diplomatik üsullarla vəziyyətin təhlükəsizliyinə nail olunsun", - deyə İ.Koretçonko əlavə edib.

Tehran, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO