Azərbaycanın Ermənistanın ərazisinə müdaxiləsi barədə xəbərlər cəfəngiyyatdır – MN

Azərbaycanın Ermənistanın ərazisinə müdaxiləsi barədə xəbərlər cəfəngiyyatdır – MN

Hazırda oxunan: Azərbaycanın Ermənistanın ərazisinə müdaxiləsi barədə xəbərlər cəfəngiyyatdır – MN

93473

Ermənistan kütləvi informasiya vasitələri və sosial media seqmentində Azərbaycanın Ermənistanın ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyildir. 
 
Bizim.Media-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ordusunun mülki əhalini, obyektləri hədəfə alması məlumatları yalandır - MN 


Bildirilib ki, regionda təcavüzkar və işğalçı dövlət Ermənistan Respublikasıdır. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ iqtisadi zonasında mövcudluğu hələ də davam edir. 

Azərbaycan Ordusu Ermənistanın təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır. 

Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması və bu gün törətdiyi genişmiqyaslı təxribatları vəziyyətin gərginləşməsinin əsas səbəbidir. Buna görə də məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO