AMEA-da yeni təyinatlar

AMEA-da yeni təyinatlar

Hazırda oxunan: AMEA-da yeni təyinatlar

9345

AMEA-da yeni təyinatlar olub.

Bizim.Media xəbər verir ki, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Radiasiya Problemləri İnstitutunun Elmi işlər üzrə direktor müavini Hökmən Mahmudov, Baş mühasib Şəfa Qasımzadə, Kadrlar İdarəsinin rəisi Lətifə Qocayeva vəzifələrindən azad olunublar. 

Bundan başqa Arif Həşimov Fizika İnstitutunun baş direktoru, fizika üzrə elmlər doktoru Anar Rüstəmov institutun icraçı direktoru, akademik Əli Abbasov İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, AMEA müxbir üzvü Əminağa Sadıqov isə icraçı direktor təyin edilib.

Radiasiya Problemləri İnstitutunun idarəçiliyi muvəqqəti olaraq AMEA-nın Akademik katibi Adil Qəribova tapşırılıb. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO