“Rusiya qoşunları Zaporojye AES-dən çıxmayacaq” - PESKOV  

“Rusiya qoşunları Zaporojye AES-dən çıxmayacaq” - PESKOV  

Hazırda oxunan: “Rusiya qoşunları Zaporojye AES-dən çıxmayacaq” - PESKOV  

93377

“Zaporojye Atom Elektrik Stansiyasından (AES) qoşunların çıxarılmasından söhbət gedə bilməz. Əsas məsələ Ukraynanı stansiyanı atəşə tutmağı dayandırmağa məcbur etməkdir”.

Bizim.Media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Rusiyanın AEBA-nın (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) tələbi ilə qoşunlarını Zaporojye AES-dən çıxarmağa hazır olub-olmaması ilə bağlı suala cavabında Peskov bütün ölkələri öz təsirlərindən istifadə edərək, qarşı tərəfi gündəlik davam edən hücumları dayandırmağa çağırmağa səsləyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Cəbhədəki bütün dəyişikliklər barədə Putinə məlumat verilir” - Peskov 


"İndi biz qoşunların çıxarılmasından danışmırıq, əsas məsələdən danışırıq. Bu, Ukrayna tərəfini çox kədərli və fəlakətli nəticələri ola biləcək stansiyanın ərazisindəki obyektlərin atəşə tutulmasını dayandırmağa məcbur etməkdir. Biz Ukrayna tərəfindən çıxış edən ölkələrlə yanaşı, bütün ölkələri Ukraynanı hücumları dayandırmağa təşviq etməyə səsləyirik”, - deyə Kremlin sözçüsü bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO