Gəncədə su nasoslarını oğurlayan şəxs saxlanıldı - FOTO

Gəncədə su nasoslarını oğurlayan şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Gəncədə su nasoslarını oğurlayan şəxs saxlanıldı - FOTO

93315

Gəncədə su nasoslarını oğurlayan şəxs həbs olunub.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törədən Tural Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildiriblər ki, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini T.Məmmədov cari ilin müxtəlif vaxtlarında şəhər ərazisindəki mənzil və fərdi yaşayış evlərinə qeyri-qanuni yolla daxil olaraq oradan müxtəlif qiymətdə su nasoslarını oğurlayıb.
O, saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.  

Faktlarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO