Kürdəmirdə ağır qəza olub, ölən var  

Kürdəmirdə ağır qəza olub, ölən var  

Hazırda oxunan: Kürdəmirdə ağır qəza olub, ölən var  

93269

Kürdəmirdə yol qəzası baş verib, bir nəfər dünyasını dəyişib.  

Bizim.Media xəbər verir ki, hadisə axşam saatlarında Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. 

Sürücü Bakı şəhər sakini 29 yaşlı Rauf Kamal oğlu Bəkirov “Hyundai” markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.  

Nəticədə o, əvvəlcə qarşısında hərəkətdə olan qoşqulu traktora, sonra isə onunla əks istiqamətdə hərəkət edən “Ford” markalı mikroavtobusa çırpılıb. Bundan sonra avtomobil yoldan çıxaraq aşıb.
Hadisə zamanı ağır dərəcəli bədən xəsarəti alan Rauf Bəkirov təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  

Həkimlərin səyinə baxmayaraq onun həyatının xilas etmək mümkün olmayıb. Hadisənin başvermə səbəbi avto ekspertizanın araşdırmasından sonra bəlli olacaq.  

Hazırda faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO