Kürdəmirdə zəncirvari yol qəzası: Xəsarət alanlar var

Kürdəmirdə zəncirvari yol qəzası: Xəsarət alanlar var

Hazırda oxunan: Kürdəmirdə zəncirvari yol qəzası: Xəsarət alanlar var

93259

Kürdəmirdə zəncirvari yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil əvvəlcə yolda hərəkət edən qoşqulu traktora, sonra isə onunla əks istiqamətdən gələn "Ford" markalı mikroavtobusa çırpılıb.

Minik avtomobili bundan sonra yoldan çıxaraq yol kənarına aşıb. Hadisə zamanı "Hyundai"ın sürücüsü və onun sərnişini müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Report.az-ın məlumatına görə, faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO