79-cu Venesiya Film Festivalının qalibləri açıqlandı - FOTO

79-cu Venesiya Film Festivalının qalibləri açıqlandı - FOTO

Hazırda oxunan: 79-cu Venesiya Film Festivalının qalibləri açıqlandı - FOTO

93176

İtaliyanın Venesiya şəhərində keçirilən ənənəvi Film Festivalı başa çatıb.

Bizim.Media xəbər verir ki, festival çərçivəsində avqustun 31-dən sentyabrın 10-dək Palazzo del Casino və Lido di Venezia salonlarında dünya kinosunun yeni əsərləri ictimaiyyətə təqdim olunub.

Festival müxtəlif qitələrdə çəkilmiş bir neçə filmin nümayişi ilə açılıb. Müsabiqədə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 23 ekran əsəri nümayiş etdirilib.

Amerikalı aktrisa və yazıçı Culian Murun sədrlik etdiyi münsiflər heyətinin qərarına əsasən, amerikalı rejissor və sənədli filmlərin prodüseri Laura Poitrasın “Bütün gözəlliklər və qanlar” filmi “Ən yaxşı film” nominasiyasında 79-cu Venesiya Film Festivalının “Qızıl şir” mükafatını qazanıb.

İtaliyalı rejissor, prodüser və ssenari müəllifi Luka Quadaqnino isə “Sümüklər və hamısı” filminə görə “Ən yaxşı rejissor” nominasiyasında gümüş mükafata yiyələnib.

Məşhur iranlı rejissor Cəfər Pənahinin “Ayılarsız” filmi münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

“Müqəddəs Ömər” filminin rejissoru Alis Diop “Gələcəyin aslanı” mükafatına yiyələnib, italiyalı aktrisa Vera Cemma “Ən yaxşı aktrisa” nominasiyasında qalib olub. İrlandiyalı aktyor Colin Farrell kişilərdə, avstraliyalı aktrisa və prodüser Keyt Blanşett isə qadınlarda “Volpi” kubokunu qazanıb.

Kanadalı gənc aktrisa Teylor Rassl “Sümüklər və hamısı” filmindəki roluna görə inkişaf etməkdə olan gənc aktyor və aktrisalara verilən “Marçello Mastroyanni” mükafatına layiq görülüb.

Festival çərçivəsində 44 günlük Vətən müharibəsi fonunda cərəyan edən hadisələrdən bəhs edən “Banu” filmi də təqdim olunub. Prodüserliyini “Noori Pictures” şirkətinin etdiyi filmin rejissoru və baş rolun ifaçısı Təhminə Rafaelladır.

Azərbaycan, İtaliya, Fransa və İranın birgə istehsalı olan ekran işində Əməkdar artist Mələk Abbaszadə, habelə aktyorlar Zaur Şəfiyev, Cəfər Həsən, Kəbirə Həşimli, Emin Əskərov və Dəniz Tacəddin rol alıblar.

79-cu Venesiya Film Festivalına dünyanın müxtəlif ölkələrindən bir çox kino ulduzu qatılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO