Xaricdə təhsilini başa vuracaq 12 doktorant işlə təmin olunacaq

Xaricdə təhsilini başa vuracaq 12 doktorant işlə təmin olunacaq

Hazırda oxunan: Xaricdə təhsilini başa vuracaq 12 doktorant işlə təmin olunacaq

92950

"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində tələbənin təhsilə necə yanaşması ilə bağlı illik monitorinq keçirilir.

Monitorinq elmi rəhbərin rəyi əsasında aparılır.

Bizim.Media xəbər ki, bunu “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı bildirib.

O əlavə edib ki, bu il xaricdə təhsilini başa vuracaq 12 doktorantın işlə təmin olunması nəzərdə tutulub.

Qeyd olunub ki, 12 nəfərdən 4-ü Azərbaycan Tibb Universitetində fəaliyyətini davam etdirəcək. Digər məzunlardan 3-ü ADA Universitetində, 3-ü Xəzər Universitetində, digərləri isə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində işləyəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO