Azərbaycan Xalq artistinin xanımıyla səhnədə DƏLİSOV ÇIXIŞI - VİDEO 

Azərbaycan Xalq artistinin xanımıyla səhnədə DƏLİSOV ÇIXIŞI - VİDEO 

Hazırda oxunan: Azərbaycan Xalq artistinin xanımıyla səhnədə DƏLİSOV ÇIXIŞI - VİDEO 

92934

Məşhur ər-arvad, Azərbaycanın Xalq artisti Yusif Eyvazovla Rusiyanın Xalq artisti Anna Netrebko Almaniyanın Hamburq şəhərində konsert proqramı ilə çıxış ediblər.  

Bizim.Media xəbər verir ki, opera ulduzları səhnədə çıxışları zamanı çılğın hərəkətləri ilə onları izləməyə gələn tamaşaçıları təəccübləndiriblər.  

Duetlərinin son anında Yusif Annanı qucaqlayaraq, onun boynunu, çiyinlərini və sinəsini hər kəsin gözü qarşısında öpməyə başlayıb. Həyat yoldaşının səhnədəki bu addımlarına öyrəncəli olan Netrebko Eyvazova qarşılıq verərək, onu qucaqlayıb.  
Aşiqlərin dəlisov çıxışı tamaşaçılar tərəfindən alqış və rəğbətlə qarşılanıb.  

Həmin anları sosial şəbəkə hesabında paylaşan Anna “Konsertdə biz darıxmadıq. Çox sağol Hamburq” - şərhini yazıb.

Qeyd edək ki, daha əvvəl Y.Eyvazov səhnədə A.Netrebkonu qucaqlayaraq, dodağından öpmüşdü.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO