Peşəkar Futbol Liqasının (PFL) loqosu dəyişdiriləcək.
Bizim.Media PFL-in rəsmi saytına istinadən xəbər verir ki, qurum bununla bağlı loqotip dizaynı müsabiqəsi elan edib.
Bildirilib ki, yeni loqo hazırlandığı zaman onun Peşəkar Futbol Liqasının səlahiyyətlərinə uyğun olaraq, xüsusən Azərbaycan futbolu ilə bağlı müxtəlif sahələrdə, məhsulların üzərində, tədbirlərdə istifadə olunacağı nəzərə alınmalı, təqdimat versiyası 1 mb-dən az olmamalı, tələb olunan format .png və ya .jpeg olmalıdır.
Qeyd olunub ki, iştirakçıların dizayn təqdimetmə sayında məhdudiyyət yoxdur, amma bu zaman xüsusi diqqət edilməli məqam nümunələrin təkrarlanmamasıdır.
Loqotipin müəllif hüquqlarını pozmamalı olduğu, indiyədək haradasa istifadə olunmuş loqoların qəbul edilməyəcəyi vurğulanıb.
PFL qalib gəlmiş loqotipə qismən dəyişiklik etmək, uyğunlaşdırmaq hüququnu özündə saxlayır.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:39 / 08.09.2022
Peşəkar Futbol Liqası loqosunu dəyişir
Hazırda oxunan: Peşəkar Futbol Liqası loqosunu dəyişir
Hazırda oxunan: Peşəkar Futbol Liqası loqosunu dəyişir
92793
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.