Salyanda ƏMƏLİYYAT: Saxlanılan var - FOTO

Salyanda ƏMƏLİYYAT: Saxlanılan var - FOTO

Hazırda oxunan: Salyanda ƏMƏLİYYAT: Saxlanılan var - FOTO

92654

Salyan rayon sakinindən külli miqdarda tiryək və heroin götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Əbülfəz Cavadov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən onun yaşadığı ünvana keçirilən baxış zamanı təmiz çəkisi 315 qram olan tiryək və 28 qram olan heroin aşkarlanıb. Dindirilmə zamanı həmin şəxs narkotik vasitələrin ona məxsus olduğu etiraf edib.
Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO