"Əməkhaqlarına əlavələrini erkən almaq istəyən bəzi müəllimlərin könüllü olaraq sertifikasiyada vaxtından əvvəl iştirakına icazə verilib-verilməyəcəyinə aydınlıq gətirilib".
Bizim.Media xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu mümkün deyil və bunun üçün Nazirliyə bəlli büdcə planlanması lazımdır:
“Biz bu prosesi dizayn edəndə könüllü etsəydik, bütün yüksək bal toplamaq əzmində olan müəllimlər öncə gələcəkdi və digər müəllimlər kölgədə qalacaqdı. Ona görə də bu bəlli bir plan əsasında həyata keçiriləcək.
Əvvəl də belə olub. Bildiyiniz kimi, biz diaqnostika imtahanlarını da mərhələli şəkildə etmişdik.
Təbii ki, kriteriya olaraq hansı bölgələrdə, hansı məktəblərdə təhsilin daha səmərəli təşkilini görürüksə, orada sertifikasiyanı daha tez etməyə çalışacağıq. Digər tərəfdən, buraxılış fənlərini tədris edən müəllimlərin sertifikasiyasını əvvələ salacağıq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:57 / 07.09.2022
Bu müəllimlərə sertifikasiyada vaxtından əvvəl iştiraka icazə verilməyəcək
Hazırda oxunan: Bu müəllimlərə sertifikasiyada vaxtından əvvəl iştiraka icazə verilməyəcək
Hazırda oxunan: Bu müəllimlərə sertifikasiyada vaxtından əvvəl iştiraka icazə verilməyəcək
92536
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.