Paşinyanın heykəlinin “başını” sındırdılar - FOTO

Paşinyanın heykəlinin “başını” sındırdılar - FOTO

Hazırda oxunan: Paşinyanın heykəlinin “başını” sındırdılar - FOTO

92294

Ermənistanda hazırkı hakimiyyətin əleyhdarları baş nazir Nikol Paşinyanın heykəlini 5-ci dəfə zədələyiblər.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bir neçə ay əvvəl İcevan-Noyemberyan avtomobil yolundan yerli kilsənin həyətinə, təhlükəsiz yerə köçürülən heykəl yenidən dağıdılıb.

KİV-in məlumatına görə, gecə saatlarında naməlum şəxslər “Paşinyan”ın başını sındırıblar. Sonuncu dəfə bu, mayın 13-də baş verib. Heykəlin başı qırılıb və qırmızı boya ilə örtülüb.

Xatırladaq ki, heykəl “Mənim addımım” adlanır və Paşinyanın 2018-ci ilin yazında Gümrüdən İrəvana başladığı yürüşü simvolizə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO