Reabilitasiya mərkəzlərinə lisenziyanı kim verməlidir? – Təhlükə yaradan SƏBƏBLƏR

Reabilitasiya mərkəzlərinə lisenziyanı kim verməlidir? – Təhlükə yaradan SƏBƏBLƏR

Hazırda oxunan: Reabilitasiya mərkəzlərinə lisenziyanı kim verməlidir? – Təhlükə yaradan SƏBƏBLƏR

92172

“Mehnur” reabilitasiya mərkəzində baş verənlər cəmiyyətdə haqlı suallar doğurur. Doğrudanmı, bizə bu cür reabilitasiya mərkəzləri lazımdır? Lazımdırsa, onların fəaliyyəti nəyə görə qanunlarla və yaxud Hökümətin müəyyən etdiyi qərarlarla tənzimlənmir?

Çox təəssüf ki, bir çox işbazlar xalqın daha çox ehtiyac duyduğu və həmin sistemdə olan boşluqları çox tez görür, “dəyərləndirir”.

Təbii ki, boşluqlara nüfuz edən işbazlar xalqın və dövlətin qayğılarını azaltmaq marağından çıxış etmir. Onlar daha çox kommersiya marağından bu məsələyə yanaşırlar. Kommersiya marağı önə çıxan məsələdə isə təbii ki, keyfiyyət ola bilməz.

Təsadüfi deyil ki, bu gün istər təhsildə, istər təlimdə, istərsə də tibbi xidmətdə peşəkarlar deyil, işbazlar meydan sulayır. Ən pisi də odur ki, işbazların meydan sulaması üçün həm münbit şərait, həm də ki, bol “müştəri” var.
Çünki, ölkəmizdə sahibkarlığın inkişafına dəstək məqsədi ilə hökümətimiz bir neçə il əvvəl liberal addımlar atdı. Bütün dövlət qurumlarından lisenziya vermək səlahiyyəti alındı. Hazırda lisenziyanı yalnız İqtisadiyyat Nazirliyi verir. Nazirliksə çox məhdud sayda və xüsusi tələb olunan sahələrə lisenziya verir.

Digər dövlət qurumları isə ən yaxşı halda müəyyən istehsal və xidmət sahələrinə rəy verir. Bu da işbazların işinə yarayır. Məsələn, “Mehnur” kimi mərkəzlərin fəaliyyəti üçün lisenziya tələb olunmur.

Ən yaxşı halda bu cür mərkəzlər pristij naminə Səhiyyə və Təhsil nazirliklərindən rəy ala bilərlər. Amma çox zaman da o rəy alınmır. Eynu zamanda, Səhiyyə və yaxud Təhsil nazirlikləri də gedib həmin bərpa mərkəzlərindən tələb edə bilmir ki, “gəl rəy al”. 
 

MÖVZU İLƏ BAĞLI:

“Mehnur” reabilitasiya mərkəzi BAĞLANIR – Lisensiyasız fəaliyyətlə bağlı ARAŞDIRMA


Qanundakı bu boşluq təbii ki, “yaz yağışından sonra çıxan köbələk” kimi bu cür reabilitasiya mərkəzlərinin artmasına gətirib çıxarır. Özfəaliyyət səviyyəsində “xidmət göstərən” reabilitasiya mərkəzlərinin bəziləri də bir müddət sonra “özlərini yandırırlar”. Çünki, o mərkəzlərdə işləyənlərin çoxu təsadüfi adamlardır. Başda duranlarda isə sadəcə pul qazanmaq hərisliyi var.

Halbuki, reabilitasiya mərkəzlərinə çox böyük ehtiyac var. Uşaqlarının ilkin yaş dövründə “qazandığı” problemlərdən qurtulmaq üçün valideynlər bütün yollara əl atırlar. Və çox zaman da bu cür valideynlər “Mehnur” kimi reabilitasiya mərkəzlərinin toruna düşür.

Məsələyə münasibət bildirən həkim Adil Qeybulla Bizim.Media-ya danışdı ki, “konkret hansı fəaliyyət sahəsi ilə məşğul olursa, həmin mərkəzlər hökmən müvafiq nazirliyin rəyini yox, lisenziyasını almalıdır.

Məsələn, hansısa tibbi xidmətdən söhbət gedirsə, reabilitasiyanın içində tibbi prosedurlar, manipulyasiyalar həyata keçirilirsə hökmən orda Səhiyyə Nazirliyinin lisenziyası və icazəsi tələb olunmalıdır. İqtisadiyyat Nazirliyinin lisenziyası xüsusi sahələrə aiddir. Və reabilitasiya xüsusi lisenziya tələb edilən sahə deyil.

Burda ancaq Səhiyyə Nazirliyi lisenziya verə bilər və verməlidir. Bir sözlə bu sahəyə konkret dövlət nəzarəti olmalıdır. Bu sahə reyestrə salınmalıdır.

Bəlli olmalıdır ki, Azərbaycanda hansı müalicə metodlarına icazə var və fəaliyyət göstərəcək sahə də yalnız həmin metodlardan istifadə etməlidir.  Çünki, elə metodlar var ki, orada cinayət tərkibi var”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO