“Torpaqlarımızın işğal altında saxlanılması təbii resursların talanması və digər cinayət əməlləri ilə yanaşı, həmin ərazilərdə fauna və floraya külli miqdarda ziyan vurulmasına, bitki zərərvericililəri ilə mübarizə tədbirlərinin aparılmamasına gətirib çıxarıb”.
Bizim.Media xəbər verir ki, bunu "Bitki sağlamlığı və elmi tədqiqatlar" mövzusunda regional videokonfransda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli bildirib. Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə çəkilən kadrlarda Ermənistanın ekoloji terroru nəticəsində bitki örtüyünün məhv edildiyi aşıq-aydın görünür .
Bizim.Media