Van Dammın oğlu ilə gəlininin BAKI SƏRGÜZƏŞTLƏRİ – FOTO/VİDEO  

Van Dammın oğlu ilə gəlininin BAKI SƏRGÜZƏŞTLƏRİ – FOTO/VİDEO  

Hazırda oxunan: Van Dammın oğlu ilə gəlininin BAKI SƏRGÜZƏŞTLƏRİ – FOTO/VİDEO  

91701

Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Jan Kloud Van Dammın oğlu Kristofer pianoçu həyat yoldaşı Suada Hacızadə ilə birlikdə Avropa tətilindən sonra Bakıya gəlib.  

Bizim.Media xəbər verir ki, məşhur ər-arvad turistlərin axın etdiyi İçərişəhərə və Dənizkənarı Milli Parka yollanıb.  

Suada Kristoferlə romantik gəzintidən çəkdiyi foto və videoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  
Milli mətbəximizin təamlarının dadına baxan Kristofer İçərişəhərdə yerləşən restoranların birində tarzən Ramin Rüstəmovla birlikdə həm tarda, həm də sazda ifaçılıq qabiliyyətini sınayıb.

Hollivud əfsanəsinin oğlu ona Bakıda unudulmaz anlar yaşadan həyat yoldaşı Suadaya təşəkkürünü bildirib.  

Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub. Suada uzun müddətdir ABŞ-də yaşamaq üçün viza ala bilmir.  

Rəşad Əliyev, Bizim.Media

 






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO