Prokuror Gülşenə 3 ilə qədər həbs istədi

Prokuror Gülşenə 3 ilə qədər həbs istədi

Hazırda oxunan: Prokuror Gülşenə 3 ilə qədər həbs istədi

91691

Xəbər verdiyimiz kimi, Türkiyənin pop ulduzu Gülşen Çolakoğlunun ev dustaqlığından azad olunma tələbi rədd olunub.  

Bizim.Media xəbər verir ki, sənətçiyə qarşı istintaq tamamlanıb.  

Prokurorluq G.Çolakoğluna qarşı 3 ilə qədər həbs tələbi ilə 48 səhifəlik iddianamə hazırlayıb. Sənəddə 702 şəxs və qurum şikayətçi qismində iştirak edib.    

Qeyd edək ki, Gülşen Çolakoğlu 30 aprel 2022-ci ildə Ataşehirdə verdiyi konsertində İmam Hatip Liseyi şagirdlərinin ünvanına söylədiyi sözlərə görə, həbs edilib. O, sonra şərti azadlığa buraxılıb.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO