İvanaşvili və Saakaşvili tandemi - Gürcüstanı yeni inqilab gözləyirmi?

İvanaşvili və Saakaşvili tandemi - Gürcüstanı yeni inqilab gözləyirmi?

Hazırda oxunan: İvanaşvili və Saakaşvili tandemi - Gürcüstanı yeni inqilab gözləyirmi?

9165

Bir müddət əvvəl Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanaşvili dərc etdiyi açıq məktubunda siyasətdən gedəcəyini elan etdi. 

"Mən siyasətdən getməyə və hakimiyyətin sükanını tamamilə yerə qoymağa dair qərar qəbul etdim. Hesab edirəm ki, mənim missiyam yerinə yetirilib", - deyə İvanaşvili bəyanatında bildirdi.

Xatırladaq ki, milyarder İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın baş naziri olub. O, 2013-cü ildə siyasətdən getdiyini qeyd etsə də, 2018-ci ildə yenidən siyasətə qoşulub və həmin ilin mayından hakim partiyaya rəhbərlik edirdi.

“Yolunu azmış oğulun qayıtması”

İvanaşvilinin siyasətdən getməsi bütün diqqəti Gürcüstan siyasətində önəmli yerə malik olan Mixail Şaakaşviliyə çevirib. İvanaşvilinin yoxluğunda uzun müddətdir ölkəyə qayıtmağı hədəfləyən Şaakaşvilinin necə davranacağı, Rusiya meylli siyasətçi hesab olunan İvanaşvilidən sonra Gürcüstanda yeni bir inqilabi dalğanın başlanılması ehtimalı əsas müzakirə mövzusudur. 

 

MÖVZU İLƏ BAĞLI:

İvanaşvilinin yerinə bu şəxsin namizədliyi irəli sürüldü

Saakaşvili: "Gürcüstanda hakimiyyət dəyişir"


Sabiq prezident Mixail Saakaşvili isə 2013-cü ildə ölkəni tərk edib. Lakin faktiki olaraq o, hakim "Gürcü arzusu"na qarşı mübarizə aparan əsas müxalif qüvvə “Güc birlikdədir” koalisiyasının əsas tərkib hissəsi olan "Vahid milli hərəkat" partiyası üzərində nəzarətə malikdir. Şaakaşvilinin dəstəkçiləri onun beynəlxalq əlaqələrinin və təcrübəsinin Gürcüstan üçün önəmli ola biləcəyini düşünür. Bu məqsədlə də oktyabr ayında keçirilən parlament seçkilərində qabil gələcəkləri təqdirdə Mixail Şaakaşvilinin namizədliyini irəli sürəcəklərini qeyd etmişdilər.

Hazırda isə Saakaşvili Kiyevdə yaşayır və Ukrayna Milli İslahatlar Şurasına başçılıq edir. Onun Gürcüstan vətəndaşlığı 2015-c ildə Gürcüstan höküməti tərəfindən ləğv edilib.  Xarici ölkə vətəndaşı olaraq Şaakaşvili seçkiqabağı təbliğatda iştirak edə bilməz. Saakaşvilinin qarşısında duran digər əsas məneə isə, Gürcüstanda xidməti vəzifəsindən sui-istifadə etməkdə ittiham olunmasıdır. 

Gürcüstan hökuməti tərəfindən Şaakaşviliyə cinayət işi açılıb və qayıdan kimi onu həbsxana gözlədiyini qeyd edilir. Saakaşvili və onun tərəfdarları isə açılmış ittihamların siyasi motivli olduğunu qeyd edirlər.

Reallıq yoxsa, illuziya?

İndiki Gürcüstan konstitusiyası parlament seçkilərində qalib gələn qüvvəyə baş nazir vəzifəsinə namizəd irəli sürmək və təsdiqləmək imkanı verir. Lakin oktyabrda baş tutan parlament seçkilərinin nəticələri heç də Saakaşvilinin tərəfdarlarının o qədər də güclü olmadığını ortaya çıxardı. Hələ seçkidən əvvəlki rəy sorğuların nəticələrinə əsasən də Saakaşvilinin partiyasının nüfuzunun azaldığı nəzərə çarpırdı. 

Avqustda keçirilən sosioloji sorğuda gürcülərin 33 faizi iqtidar partiyasını dəstəklədiklərini qeyd etmişdi. Saakaşvilinin "Vahid milli hərəkatı" isə - 16 faiz seçicinin dəstəyini ala bilmişdi. Görünən odur ki, İvanaşvilinin siyasətdən getməsində Saakaşvilinin nufuzunun azalmasının mühüm rolu olub. 

Saakaşvili üzərindəki cinayət ittihamları və vətəndaşlıq məsələsi ancaq siyasi hakimiyyət tərəfindən aradan qaldırıla bilər. Bunun üçün də müxalifət ilk olaraq parlament seçkilərində qalib gəlməlidir. Ancaq bundan sonra Saakaşvilinin namizədliyinin irəli sürülməsi üçün zəruri addımlar atıla bilər. Lakin Gürcüstan müxalifəti bu gün “Gürcü arzusu” partiyasına qalib gələcək gücdə deyil.

Kənardan Saakaşvilinin Gürcüstan müxalifətini idarə etdiyi görünsə də, əslində əksinə Gürcüstan müxalifəti Saakaşvili amilindən istifadə etməyə çalışır. Çünki əhalinin müəyyən hissəsi Saakaşvilinin hakimiyyətini pozitiv abu-hava ilə xatırlayır. Müxalifətin Saakaşvilini yenidən hakimiyyətə gətirəcəyi şüarı isə məhz bu kütlənin səsini qazanmaq üçün atılmış addımdır.

“Bütlərin alacaqaranlığı”

Gürcüstan müxalifəti üçün indiki anda seçki ilə qələbə hakimiyyətə gəlmək çox çətindir. Lakin Daha əvvəl də olduğu kimi ikinci gürcü inqilabı görə bilərikmi sualı isə qeyri-müəyyəndir. Çünki pandemiya ilə mübarizə çərçivəsində hakim “Gürcü arzusu” partiyası gördüyü işlərlə mövqelərini sağlamlaşdırıb. Digər tərəfdən də Gürcüstan siyasi sistemi Eduard Şvarnadzenin dövründəkindən tamamilə fərqlənir və daha çox demokratikdir.

Üstəlik Gürcüstan əhalisinin inqliabdan sonrakı dövrlə bağlı xatirələri yeni bir inqilaba təkan verməkdən daha çox tərəddüdə meyllidir. Son 10 il ərzində Gürcüstan əhalisi çoxluq etibarilə mühafizəkarlaşıb. 

Bu səbəblərə görə əgər Saakaşvili Ukraynadan çıxıb yeni inqilab başlatmaq üçün Gürcüstana gəlməsi qələbədən daha çox “Saakaşvili bütünün” dağılması ilə nəticələnək. Əlbəttə ki, belə bir ehtimal olsa Saakaşvilinin fəaliyyətinin Gürcüstan üçün təsirləri olacaq, ancaq bu təsirlər birinci dönəmlə müqayisədə daha sönük qalacaq.

Araz Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO