Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri ilə görüşdü - YENİLƏNİB/FOTO

Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri ilə görüşdü - YENİLƏNİB/FOTO

Hazırda oxunan: Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri ilə görüşdü - YENİLƏNİB/FOTO

91587

Sentyabrın 1-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Mario Draqi ilə təkbətək görüşü olub.

Bizim.Media xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin qarşılanma mərasimi olub.

Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İtaliya Nazirlər Şurasının sədri Mario Draqi dövlətimizin başçısını qarşılayıb.

İlham Əliyev və Mario Draqi fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İtaliyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidentinə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İtaliya Nazirlər Şurasının sədrinə təqdim olunub. Sonra dövlət başçısı İlham Əliyev və Mario Draqi birgə foto çəkdiriblər.

*** 17.42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Nazirlər Şurasının sədri Mario Draqi ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin feysbuk səhifəsi yayıb.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO