Kremldə

Kremldə "DXR" və "LXR"nin Rusiyaya birləşdirilməsi MÜZAKİRƏ OLUNUR 

Hazırda oxunan: Kremldə "DXR" və "LXR"nin Rusiyaya birləşdirilməsi MÜZAKİRƏ OLUNUR 

91531

Kreml “Donetsk Xalq Respublikası” (“DXR”), “Luqansk Xalq Respublikası” (“LXR”) və Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərində payızın sonuna qədər “referendum” keçirmək variantını nəzərdən keçirir.

Bizim.Media “RBK” telekanalına istinadən xəbər verir ki, bu barədə informasiyanı  Rusiya prezident administrasiyasına yaxın mənbə yayıb.

KİV-in məlumatına görə, “referendumlara” hazırlaşan Rusiya hakimiyyəti hərbi vəziyyətdən asılı olaraq, vaxtı uzada və qısalda bilər. İlkin varinat kimi sentyabrdan noyabradək olan dövr seçilib.
Mənbə bildirir ki, referendumların sentyabrda keçiriləcəyi ssenarisi böyük ehtimalla reallaşmayacaq. 

Səbəblərdən biri Rusiya qoşunlarının hələ də Donetsk vilayətinin inzibati sərhədlərinə çatmamasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO