Keçmiş SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçov sentyabrın 3-də dəfn olunacaq.
Bizim.Media “İnterfaks“ agentliyinə istinadən xəbər verir ki, bu barədə M.Qorbaçovun qızı İrina Qarbaçov məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Mixail Qorbaçov öldü
Sabiq SSRİ rəhbəri Novodeviçye qəbiristanlığında torpağa tapşırılacaq. Onunla vida mərasimi isə Moskvada İttifaqlar Evinin Sütunlu salonunda keçiriləcək.
Qeyd edək ki, Mixail Sergeyeviç Qorbaçov uzun sürən xəstəlikdən sonra avqustun 30-da 92 yaşında vəfat edib.
Bizim.Media