Emin və “Jony” Kəlbəcərdə KONSERT VERƏCƏK - AÇIQLAMA

Emin və “Jony” Kəlbəcərdə KONSERT VERƏCƏK - AÇIQLAMA

Hazırda oxunan: Emin və “Jony” Kəlbəcərdə KONSERT VERƏCƏK - AÇIQLAMA

91263

Xalq artisti Emin Ağalarov bu gün Kəlbəcərə gedəcəyini açıqlayıb. 

Bizim.Media xəbər verir ki,  bu haqda sənətçi “Jony” ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli ilə duet oxuduqları “Лунная ночь” nəğməsinin klip təqdimatında söyləyib.

“Bu gün “Jony” ilə birgə Kəlbəcərə gedəcəyik. Konsertlə əsgərlərimizin əhval-ruhiyyəsinə dəstək olacağıq. Biz bunu çoxdan etmək istəyirdik, lakin əvvəllər bu təhlükəsiz deyildi və buna görə də ora getməyimizə tam icazə verilmirdi. Ancaq indi belə bir fürsət var. Bizim çoxlu sayda sənətkarlarımız var ki, onlar vətən sevgisi ilə bunu təmənnasız həyata keçirirlər” – deyə E.Ağalarov bildirib. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO