Azərbaycanlı qız gözəllik yarışına makiyajsız qatıldı: İngilislər heyrətləndi – FOTO

Azərbaycanlı qız gözəllik yarışına makiyajsız qatıldı: İngilislər heyrətləndi – FOTO

Hazırda oxunan: Azərbaycanlı qız gözəllik yarışına makiyajsız qatıldı: İngilislər heyrətləndi – FOTO

91127

Əslən azərbaycanlı olan Melisa Rauf  "Miss England” gözəllik müsabiqəsinə qatılıb və inamla irəliləyir.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Melisa müsabiqənin bütün mərhələlərində makiyaj etmədən iştirak edib və bununla münsiflər heyətinin diqqətini çəkib. Bu müsabiqənin keçirildiyi 94 il müddətində bir ilkdir.

Melisa oktyabr ayında keçiriləcək final mərhələsinə vəsiqə qazanıb, o, 40 iştirakçı arasında birinci yer uğrunda  yarışacaq. Lent.az-ın məlumatına görə, Melisa Rauf final mərhələsinə də makiyajsız qatılacaq. 

Melisa Rauf İngiltərənin cənubunda doğulub, 20 yaşı var, kollec tələbəsidir. 

Bu, mənim üçün çox şey deməkdir, çünki müxtəlif yaşlarda olan bir çox qızların makiyaj etdiklərini görürəm, onlar bunu etmək üçün təzyiq hiss edirlər. Əgər insan öz dərisində xoşbəxtdirsə, üzümüzü makiyajla örtməyə məcbur hiss etməməlidir.
Qüsurlarımız bizi  biz edir və hər kəs bununla fərd olaraq fərqlənir. Ancaq ağlımıza gələn sual budur ki, biz kim olduğumuzdan razı qala bilərikmi və cəmiyyətin qüsurlarımızı ört-basdır etmək üçün təzyiqlərini rədd edə bilərikmi" ,-  Melisa Rauf İngiltərənin “Independent” qəzetinə müsahibəsində bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO