Nazəninin on yaşlı oğlu sükan arxasına əyləşdi, qanunu pozdu – VİDEO 

Nazəninin on yaşlı oğlu sükan arxasına əyləşdi, qanunu pozdu – VİDEO 

Hazırda oxunan: Nazəninin on yaşlı oğlu sükan arxasına əyləşdi, qanunu pozdu – VİDEO 

90951

Müğənni Nazənin Salayevanın on yaşlı oğlu Orxan ilə bağlı paylaşımı müzakirə predmetinə çevrilib.

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında övladının Bakı kəndlərinin məhəllələrinin birində kvadrosiklı sürdüyü görüntüləri yayımlayıb.

Sosial şəbəkə əhli on yaşlı uşağın yüksək sürətlə minik vasitəsinin idarə etməsini yolverilməz olduğunu yazıb.

İzləyicilər müğənninin azyaşlı uşağının özü ilə barəbər yol kənarında və yolda olan insanlara təhlükə yaratdığını şərhlərdə qeyd ediblər.

Xatırladaq ki, on yaşlı uşağın sükan arxasında əyləşərək nəqliyyat vasitəsini idarə etməsi qanun pozuntusudur. Qeyd edək ki, bir müddət əvvəl fitnes məşqçi Kamil Zeynallının 10 yaşlı qızı Sahilə atasının avtomobilini idarə edib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO