\

\"Pompeo kloundur” - Çin rəsmisindən sərt tənqid

Hazırda oxunan: \"Pompeo kloundur” - Çin rəsmisindən sərt tənqid

9092

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunin ABŞ dövlət katibi Mayk Pompeonu kloun adlandırıb.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, Çin rəsmisi Pompeonun Uyğur soyqırımı ilə bağlı açıqlamasına “əsrin yalanı”deyib.

H.Çunin ABŞ dövlət katibini həddindən artıq yalanlar yaymaqda ittiham edib.

“Pompeo, dediyiniz sözlər sadəcə növbəti cəfəngiyatdır. Bu bədnam amerikalı siyasətçi axmaq yalanları ilə bütün dünyanın gülüş hədəfinə çevrilib", - deyə o qeyd edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Dövlət Katibi Mayk Pompeo, Sincan- Uyğur Muxtar Rayonunda baş verənlərlə bağlı Çini soyqırım və insanlığa qarşı cinayətlərdə günahlandırıb.

New York Times qəzetinin yazdığına görə, ABŞ hökumətinin Çinin hərəkətlərinə göstərdiyi sərt reaksiya, Bayden kabineti tərəfindən Pekinə qarşı sanksiyaların genişlənməsinə səbəb ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO