Magistratura üzrə əlavə yerləşdirmə başa çatacaq – Bu tarixdə

Magistratura üzrə əlavə yerləşdirmə başa çatacaq – Bu tarixdə

Hazırda oxunan: Magistratura üzrə əlavə yerləşdirmə başa çatacaq – Bu tarixdə

90908

30 avqust saat 23:59-da ali təhsil pilləsinin magistratura səviyyəsinə boş qalan plan yerlərinə əlavə yerləşdirmə prosesi yekunlaşacaq.

Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, namizədlər portal.edu.az elektron xidmətində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.
Qeyd edək ki, qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO